Xəbər verdiyimiz kimi, dünəndən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb.
Maraqlıdır, koronavirusa yoluxanlar da peyvənd olunacaqmı?
Lent.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”) bildirilib ki, koronavirusa yoluxanlar ilkin mərhələdə risk qrupu hesab edilmir:
“Son 6 ay ərzində xəstəliyi keçirmiş şəxslər “E-tebib” sistemində bloklanmış halda olacaq. 6 aydan sonra (tibbi cəhətdən qandakı anticismlərin zəifləməsi nəzərə alınaraq) vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qruplarına aiddirsə, peyvənd oluna bilər”.