Koronavirusa qarşı “AstraZeneca” peyvəndinin adı dəyişdirildi
30 mart 2021 11:55 (UTC +04:00)

Koronavirusa qarşı “AstraZeneca” peyvəndinin adı dəyişdirildi

Avropanın bir çox ölkəsindəki vəziyyətlə əlaqədar yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə tətbiq edilən “AstraZeneca” peyvəndinin adı dəyişdirilib.

APA-nın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, peyvəndin bir çox ölkələrdə tətbiqinin dayandırılmasından sonra İsveç Tibbi Məhsullar Agentliyinin internet saytında onun adı dəyişdirilərək “Vaxzevria” edilib.

Məlumata görə, ad dəyişikliyi məhsulda hər hansı digər dəyişikliyi ehtiva etmir, bununla belə peyvəndin loqosu və qablaşdırılması fərqli görünəcək.

Qeyd edək ki, peyvəndin istifadəsinin məhdudlaşdırıldığı sonuncu ölkə Kanadadır. Qərara əsasən bu ölkədə yaşı 55-dən çox olan şəxslərdə onun tətbiqi dayandırılıb. Kanada ekspertlərinin fikrincə, peyvənd tətbiq edilən şəxslərdə 100 mində 1 tromboz müşahidə edilmə ehtimalı var. Bir sıra Avropa ölkəsində də peyvəndin tətbiq edildiyi şəxslərdə tromboz müşahidə edilməsindən sonra istifadəsi dayandırılıb və ya qadağan edib. Peyvənd istehsalçıları isə onun təhlükəsiz olmasında israr edirlər. İstehsalçı şirkət 17 milyon nəfər üzərində aparılan araşdırmalara əsasən ağciyər emboliyası, dərin vena trombozu və trombositopeniyanın riskinin artmasının müşahidə edilmədiyini vurğulayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2472
avatar

Oxşar yazılar