Koronavirus testləri niyə fərqli nəticələr göstərir? – TƏBİB-dən CAVAB
13 sentyabr 2021 15:28 (UTC +04:00)

Koronavirus testləri niyə fərqli nəticələr göstərir? – TƏBİB-dən CAVAB

"Koronavirus testinin pozitiv nəticəsinin sonrakı gündə neqativ çıxması halları ilə bütün dünyada qarşılaşmaq mümkündür".

Lent.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış deyib.

O bildirib ki, bunun əsas səbəblərdən biri xəstəliyin bəzi mərhələlərində prosesin artıq yuxarı tənəffüs yollarından silinib aşağı tənəffüs yollarına keçməsi ilə bağlı ola bilər: "Digər səbəb materialı götürən şəxsin prosesi qaydalara uyğun icra edib-etməməsi ilə bağlıdır. Yaxma daha dərindən, udlaqdan götürülməlidir. Nazirlər Kabinetinin sərəncamına əsasən, 7 gündən sonra 24 saat fasilə ilə götürülən testin cavabı 2 dəfə neqativ çıxarsa, sonuncu cavab əsas götürülür".

# 2394
avatar

Oxşar yazılar