Koronavirus belə yayılıb
30 may 2021 19:32 (UTC +04:00)

Koronavirus belə yayılıb

Yeni növ koronavirusun (COVİD-19) yayılma mənbəyinin araşdırılması ilə məşğul olmuş ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı Devid Aşer Çinin Uhan şəhərindəki Virusoloji İnstitutun laboratoriyası ilə bağlı iddia ilə çıxış edib.

Lent.az-ın “Daily Caller” portalına istinadən verdiyi məlumata görə, D. Aşer deyib ki, Uhandakı laboratoriyanın əməkdaşının həyat yoldaşı 2019-cu ilin dekabrında COVİD-19-dan ölüb.

D. Aşer bildirib ki, Çin hakimiyyəti bir ay virusun insanlar arasında yayılması barədə informasiyanı açıqlamağı gecikdirib və bununla da COVİD-19-un geniş miqyasda yayılmasına zəmin yaradıb. D. Aşer qeyd edib ki, Uhan Virusoloji İnstitutunun laboratoriyasının əməkdaşının həyat yoldaşının COVİD-19-dan öldüyünü həmin laboratoriyanın əməkdaşları bildiriblər.

Qeyd edək ki, bundan  əvvəl “The Wall Street Journal” qəzeti mayın 23-də ABŞ kəşfiyyatının məlumatına istinadən Uhan Virusoloji İnstitutunun minimum 3 aliminin 2019-cu ilin noyabrında ağır xəstələndiyini, bunun da virusun laboratoriyada süni yolla yaradıldığı nəzəriyyəsi barədə danışmağa əsas verdiyini yazıb. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan isə ənənəvi brifinqdə bu xəbərin həqiqəti əks etdirmədiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2751
avatar

Oxşar yazılar