Konsert təşkil edən restoranlara  SƏRT XƏBƏRDARLIQ
08 iyun 2021 12:27 (UTC +04:00)

Konsert təşkil edən restoranlara SƏRT XƏBƏRDARLIQ

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində kütləvi tədbirlərin keçirilməsi ilə bağlı xəbərdarlıq edib.

Qurumdan Lent.az-a verilən məlumata görə, AQTA pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə və müxtəlif media orqanlarında ictimai iaşə müəssisələrinin qapalı və açıq məkanlarında kütləvi tədbirlərin keçirilməsi ilə bağlı elanlar verilməkdədir və paralel olaraq agentlik müfəttişləri  bu cür qanunsuz tədbirlərin keçirilməsi faktlarını aşkarlayır.

Agentlik bir daha bəyan edir ki, pandemiya dövrünün tələblərini pozaraq, koronavirusun yayılmasına rəvac verən, eyni zamanda vətəndaşların sağlamlığını təhlükəyə atmaqla keçirilən bu cür qanunazidd tədbirlərin təşkili yolverilməzdir və bununla bağlı qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1890
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar