Kişi pensiyaya tez çıxmaq üçün  cinsini dəyişdirdi
04 fevral 2022 19:14 (UTC +04:00)

Kişi pensiyaya tez çıxmaq üçün cinsini dəyişdirdi

İsveçrədə 2022-ci ildə qüvvəyə minən qanunla vətəndaşlıq qeydiyyatında göstərilən cinsə mənsub olmadıqlarına "dərindən əmin olan" vətəndaşlara inzibati qaydada cinsini dəyişməyə icazə verilir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bunun üçün minimum sənədlər, söhbət və sonra qeydiyyat şöbəsində yeni cinsin rəsmi qeydiyyatı tələb olunur.

Yanvar ayında dərhal 64 yaşlı Lyuzern sakini bu prosedurdan istifadə edib.

Məlumata görə, kişi erkən pensiyaya çıxmaq qərarına gəlib, bunun səbəbi qadınların 64, kişilərin  isə pensiya yaşının 65 olmasıdır.

Prosedur dörd gün çəkib. Yeni sənədin icrası üçün o, 72 avro ödəyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2826
avatar

Oxşar yazılar