Kəskin hava dəyişikliyi ilə bağlı əhaliyə  XƏBƏRDARLIQ
10 noyabr 2021 11:52 (UTC +04:00)

Kəskin hava dəyişikliyi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 10-u günün ikinci yarısından başlayaraq noyabrın 12-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit və yağıntılı keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Xüsusilə, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü külək zamanı baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"

# 9618
avatar

Oxşar yazılar

AZAL Türkiyədə zəlzələ ilə əlaqədar biletləri cəriməsiz geri qaytarır  

AZAL Türkiyədə zəlzələ ilə əlaqədar biletləri cəriməsiz geri qaytarır  

7 fevral 2023 , 21:20
Türkiyəyə yardım bu ünvanlarda toplanılır-VİDEO

Türkiyəyə yardım bu ünvanlarda toplanılır-VİDEO

7 fevral 2023 , 20:50
FHN əməkdaşları Türkiyədə 3 nəfəri  xilas etdi - VİDEO  - YENİLƏNİB

FHN əməkdaşları Türkiyədə 3 nəfəri xilas etdi - VİDEO - YENİLƏNİB

7 fevral 2023 , 18:49
Bakıda daha bir marşrut xətti "BakuBus"a verildi

Bakıda daha bir marşrut xətti "BakuBus"a verildi

7 fevral 2023 , 17:51
Türkiyədəki dəhşətli zəlzələni bütün dünyaya çatdıran Azərbaycan JURNALİSTLƏRİ

Türkiyədəki dəhşətli zəlzələni bütün dünyaya çatdıran Azərbaycan JURNALİSTLƏRİ

7 fevral 2023 , 17:27
Məcburi köçkünlərin boş qalan mənzillərinin aqibəti necə oldu? – RƏSMİ CAVAB

Məcburi köçkünlərin boş qalan mənzillərinin aqibəti necə oldu? – RƏSMİ CAVAB

7 fevral 2023 , 15:56
Akkreditasiyadan keçməyən universitetlərə XƏBƏRDARLIQ:  Qəbul dayandırıla bilər

Akkreditasiyadan keçməyən universitetlərə XƏBƏRDARLIQ: Qəbul dayandırıla bilər

7 fevral 2023 , 15:55
Sürücülərə XƏBƏRDARLIQ: Bu yollar buz bağlayacaq

Sürücülərə XƏBƏRDARLIQ: Bu yollar buz bağlayacaq

7 fevral 2023 , 15:46