Kəlbəcərdə həlak olan jurnalistin nəşi Bakıdakı evlərinə gətirildi - FOTO  - VİDEO
05 iyun 2021 01:39 (UTC +04:00)

Kəlbəcərdə həlak olan jurnalistin nəşi Bakıdakı evlərinə gətirildi - FOTO - VİDEO

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun nəşi Bakıya gətirilib.

APA xəbər verir ki, onun nəşi yaşadığı evə aparılıb.

Mərhumun cənazəsini yaxınları və qonşularından ibarət böyük izdiham qarşılayıb.

Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimovun APA-ya verdiyi məlumata görə, M.İbrahimov sabah saat 11:00-da Müşfiqabad qəsəbəsində ata və anasının dəfn olduğu qəbiristanlıqda dəfn ediləcək.

# 3978
avatar

Oxşar yazılar