Kasıb ölkələrdə yaşayanlar  daha asan   yuxuya gedirlər -  ARAŞDIRMA
22 iyul 2023 18:10 (UTC +04:00)

Kasıb ölkələrdə yaşayanlar daha asan yuxuya gedirlər - ARAŞDIRMA

Cənubi Koreyanın Qanqvon Milli Universitetinin tədqiqatçıları müxtəlif ölkələrdən olan həmkarları ilə birlikdə yuxu rejiminin mədəni şəraitdən və yaşayış coğrafiyasından asılı olduğunu göstərən bir araşdırma aparıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxunun müddəti yaşadığımız ölkədən asılıdır.

İnkişaf etmiş ölkələrdə insanlar kasıb ölkələrlə müqayisədə daha uzun, daha çətin yuxuya gedirlər. Belə çıxır ki, kollektivist mədəniyyətə malik ölkələrdə əhali də daha çox təşvişli olur, yuxuya getmək daha çox vaxt aparır, yuxu isə adətən daha dayaz olur. 

Qeyd edək ki, yaponlar ən qısa yuxuya sahibdirlər, orta hesabla yeddi saatdan az yatırlar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4272
avatar

Arzu Qurbanlı

Oxşar yazılar