Jurnalistlər tank əleyhinə minaya düşüblər -  RƏSMİ MƏLUMAT
04 iyun 2021 13:23 (UTC +04:00)

Jurnalistlər tank əleyhinə minaya düşüblər - RƏSMİ MƏLUMAT

Medianın İnkişafı Agentliyi (MEDİA), Azərbaycan Dövlət İnformasiya Agentliyi (“Azərtac”) və Azərbaycan Televiziyası (AzTV) birgə məlumat yayıb.

Lent.az xəbər verir ki, məlumatda bildirilir ki, işğaldan azad olunan ərazilərdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AZTV) çəkiliş qrupları fəaliyyət göstərir. Həmin qrup işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirir.

İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov həlak olub, yaralananlar var.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.

# 2952
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar