İxtisas seçimi başa çatdı -  DİQQƏT
31 avqust 2021 11:14 (UTC +04:00)

İxtisas seçimi başa çatdı - DİQQƏT

Ali məktəblərin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.

Lent.az məlumat verir ki, I-V ixtisas qrupları üzrə 60 621 elektron ərizə təsdiq edilib.

Bunlardan 18 718-i I qrup üzrə, 13 272-si II qrup, 17 140-ı III qrup, 4 936-sı IV qrup , 9 076 ərizə isə V qrup üzrədir.

Qeyd edək ki, ixtisas seçimi 11:00-da başa çatıb.

 

# 3750
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar