İstifadə müddəti bitən məhsulları satanları  hansı cəza gözləyir?
21 yanvar 2022 19:55 (UTC +04:00)

İstifadə müddəti bitən məhsulları satanları hansı cəza gözləyir?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzu istifadə müddəti keçən məhsullarla bağlıdır.

İstifadə müddəti keçən, yararsız məhsullar insan orqanizmi üçün real təhlükə mənbəyidir. Bəzən sosial şəbəkələrdə vaxtı keçmiş məhsulların reklam paylaşılmalarını görürük. Görəsən, istifadəyə yararsız olan həmin məhsulların satışına görə hansı cəza tədbirləri görülür?

Rubrikamızın sualına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov aydınlıq gətirib. Onun sözlərinə görə, hansısa marketdə hətta bir ədəd belə vaxtı keçmiş məhsul aşkarlansa həmin müəssisə 1500 manat cərimə edilir:

“Hansısa ticarət şəbəkəsində hətta bir məhsulun istifadə müddətinin keçdiyi aşkarlansa, həmin müəssisə 1500 manat cərimə olunur. "İstehlakçıların hüquqları və yeyinti məhsulları haqqında" qanunda vaxtı keçən ərzaq məhsullarının satışı qadağandır.

Görəsən, hər gün tonlarla istifadə müddəti keçmiş məhsul necə ortaya çıxır? Onların aqibəti belədir. Satıcılar və ya mağazalar vaxtı keçən məhsulları distrübüterlərə göndərir. Distrübüterlər də həmin məhsulların ya etiketini, ya da qabını dəyişdirərək yenidən mağazalara göndərir. Təklif edirik ki, mağazalarda vaxtı keçən məhsullar distrübüterlərə qaytarılmasın. Azad İstehlakçılar Birliyinin Sumqayıt şəhərindəki əməkdaşı təkcə bir ayda 200 tondan çox istifadə müddəti keçən məhsulun məhvedilmə prosesində iştirak edib. Ancaq burada yalnız bir şirkət könüllü olaraq özvaxtı keçmiş məhsulunu məhv edib. Təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi elə effektiv iş aparmır ki, vaxtı keçən məhsullar distrübütelərə qaytarılmasın. Ancaq elə bir system var ki, marketə daxil olan bütün mallar xüsusi olaraq etiketlənir. Həmin etiketlər də AQTA-nın serverində qeydiyyata alınır. Amma təəssüf ki, bu işdə nə marketlər, nə də istehsalçılar maraqlıdır. Həmin vaxtı keçən malların son nöqtəsi yenə biz istehlakçılar oluruq”.

# 2115
avatar

Mehman Nəbiyev

Oxşar yazılar