Türkiyədə azərbaycanlı gəncin meyiti tapılıb.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, Bayram Məmmədovun meyiti İstanbulda dənizdə aşkar edilib.
Dostlarının yazdığına görə, iki gün ondan xəbər olmayıb. Ötən gecə onun dənizdə meyiti aşkar edilib. Bəzi dostları Bayram Məmmədovun intihar etdiyini yazıblar. Onlar qeyd ediblər ki, B. Məmmədov son vaxtlar ciddi depressiv vəziyyətdə olub.