İqlim dəyişikliyi ən ölümcül üç  yoluxucu xəstəliklə   bağlı mübarizəni çətinləşdirir
21 dekabr 2023 18:08 (UTC +04:00)

İqlim dəyişikliyi ən ölümcül üç yoluxucu xəstəliklə bağlı mübarizəni çətinləşdirir

Beynəlxalq xəstəliklərə nəzarət təşəbbüsləri, COVID-19 pandemiyasının şiddətli təsirindən sonra əsasən bərpa edilib. İqlim dəyişikliyi dünyanın ən ölümcül üç yoluxucu xəstəliyi - QİÇS, vərəm və malyariya ilə mübarizə səylərinə mane olur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu həmin xəstəliklərlə mübarizə üzrə Qlobal Fondun rəhbəri Piter Sends deyib.

Fondun 2023-cü il nəticələrinə dair hesabatında qeyd olunur ki, COVID-19 pandemiyasının şiddətli təsirindən sonra beynəlxalq xəstəliklərə nəzarət təşəbbüsləri əsasən bərpa olunub.

"Lakin iqlim dəyişikliyinin artan çağırışları o deməkdir ki, dünyanın qeyri-adi addımlar atmadan 2030-cu ilə qədər QİÇS, vərəm və malyariyaya son qoymaq məqsədinə çata bilməyəcək".

Onun sözlərinə görə, malyariya əvvəllər xəstəlik daşıyan ağcaqanadlar üçün çox soyuq olan Afrikanın yüksək dağlıq ərazilərində yayılır.

Həmçinin qeyd olunub ki, ekstremal hava hadisələri, xüsusən də daşqınlar səhiyyə xidmətlərini alt-üst edir, əhalinin miqrasiyasına və xəstələnmə hallarının artmasına səbəb olur.

Bununla belə, Sands qeyd edib ki, Sudan, Əfqanıstan və Myanma, eləcə də Ukrayna kimi münaqişələrdən əziyyət çəkən ölkələrdə bu xəstəliklərin müalicəsinə və qarşısının alınmasına kömək etmək üçün geniş əhali kütləsinə çatmaq təhlükəsizliyə görə son dərəcə çətindir.

Eyni zamanda, Sandsin vurğuladığı kimi, müsbət cəhətlər də var. Məsələn, Qlobal Fondun sərmayə qoyduğu ölkələrdə 2022-ci ildə 6,7 milyon insan vərəmdən müalicə olunub ki, bu da əvvəlki illə müqayisədə 1,4 milyon nəfər artım deməkdir. Fond həmçinin 24,5 milyon insana HİV-ə qarşı antiretrovirus terapiyanın təmin edilməsinə kömək edib və 220 milyon ağcaqanad torları paylayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3780
avatar

Fidan İlqar

Oxşar yazılar

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

3 dekabr 2024 , 16:44
Lalə Şövkətin ayaqları tutuldu

Lalə Şövkətin ayaqları tutuldu

3 dekabr 2024 , 16:31
Bu insanlar yuxu pozğunluğundan  daha az əziyyət çəkirlər

Bu insanlar yuxu pozğunluğundan daha az əziyyət çəkirlər

3 dekabr 2024 , 15:39
Yağış Bakının bu yollarında tıxac yaratdı

Yağış Bakının bu yollarında tıxac yaratdı

3 dekabr 2024 , 15:35
Sabah yağış yağacaq, şaxta da olacaq  - HAVA PROQNOZU

Sabah yağış yağacaq, şaxta da olacaq - HAVA PROQNOZU

3 dekabr 2024 , 12:08
Bakının bu rayonu susuz qlacaq

Bakının bu rayonu susuz qlacaq

3 dekabr 2024 , 10:18
Leysan və qar yağıb - GÜNÜN HAVASI

Leysan və qar yağıb - GÜNÜN HAVASI

3 dekabr 2024 , 10:10
İlin sonuna qədər ciddi problemlərlə üzləşəcək  BÜRCLƏR

İlin sonuna qədər ciddi problemlərlə üzləşəcək BÜRCLƏR

3 dekabr 2024 , 09:09