İnsultu yaradan faktorlar hansılardır? -  CAVAB
01 dekabr 2021 18:12 (UTC +04:00)

İnsultu yaradan faktorlar hansılardır? - CAVAB

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında bugünki mövzu insultu yaradan faktorlarla bağlıdır.

İnsult  beyin qan dövranının kəskin pozulmasına deyilir. Hər il 16-17 mln insan insult keçirir. İnsultla bağlı ölüm halları 30-35, ümumi ölüm sayı isə 11 faiz təşkil edir.

Bu sözləri Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Dilarə Xəlilova deyib. O bildirib ki, beyin insultu ömürlük əlilliyə səbəb olacaq xəstəlik kimi dünyada birinci yerdə durur:
“İnsult keçirən xəstələrin 31 faizi kənar şəxslərin köməyinə möhtac qalır, 20 faizində hərəki funksiya bərpa olmur, yalnız 8-10 faizi əvvəlki işinə və həyat tərzinə qayıda bilir.

İnsultun əlamətləri isə bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil olmaqla bədənin bir tərəfində hərəkətin (plegiya), hissiyyatın, nitqin aydınlığının(dizartriya), udma aktının, tanıma qabiliyyətinin, şüurun və hərəkətlərin koordinasiyasının pozulması, baş gicəllənməsi, qıcolma tutmalarıdır”.

Bəs, insultu yaradan risk faktorları hansılardır?

Bu sualı Lent.az-a ekspert-mütəxəssis Dilarə Xəlilova cavablandırb. O qeyd edir ki, yüksək qan təzyiqi, şəkərli diabet, hiperxolesterinemiya, səyrici aritmiya, qanın reoloji dəyişiklikləri, zərərli vərdişlər (siqaret çəkmə, alkoqol, oturaq həyat tərzi, piylənmə, irsiyyət kimi amillər insultun yaranmasına səbəb ola bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6660
avatar

Aytəkin Cəlali

Oxşar yazılar