İlin ilk Ay tutulması oldu -  YENİLƏNİB
26 may 2021 17:06 (UTC +04:00)

İlin ilk Ay tutulması oldu - YENİLƏNİB

2021-ci ilin ilk Ay tutulması hadisəsi başa çatıb.

APA-nın məlumatına görə, ay tutulması 3 saat 8 dəqiqə davam edib. Bu təbiət hadisəsini Şərqi Asiya, Avstraliya, Amerika və Sakit okeanda müşahidə etmək mümkün olub.

Ay tutulması Azərbaycanda müşahidə olunmayıb.

***

13:51

2021-ci ilin ilk Ay tutulması hadisəsi başlayıb.

APA-nın məlumatına görə, tutulma tam Ay tutulmasıdır. Tutulma hadisəsi 3 saat 8 dəqiqə davam edəcək.

Saat 13:44:57-də başlayan Ay tutulması saat 16:52:23-də sona çatacaq.

Tutulmanın maksimumu saat 15:18:42-də olacaq. Bu təbiət hadisəsini Şərqi Asiya, Avstraliya, Amerika və Sakit okeanda müşahidə etmək mümkün olacaq.

Qeyd edək ki, tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.

# 3378
avatar

Oxşar yazılar