İki uşağını atıb qaçan ana özünü yandırmaq istədi - VİDEO  - YENİLƏNİB
05 may 2022 17:05 (UTC +04:00)

İki uşağını atıb qaçan ana özünü yandırmaq istədi - VİDEO - YENİLƏNİB

Sosial şəbəkələrdə ötən gün uşaqlarını sığınacağa ataraq gedən qadının görüntüləri yayılıb.

Bu barədə Lent.az-a məlumat verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, qadının sığınacaq işçilərinə qeyri-etik ifadələr işlətdiyi üçün videonu yaymalı olduq:

“Dünən uşaqlarını sığınacağa qapıdan tələsik verib gedən qadın səhər gəlib qeyri-etik ifadələr işlədərək uşaqları geri götürmək istədiyini bildirdi. Amma biz uşaqları qadına vermədik. Uşaqları yalnız yerli icra hakimiyyətinin qərarından sonra qadına təhvil verə biləcəyimizi bildirdik. Bundan əlavə, qadın uşaqları və özünü benzinlə yandıracağı ilə bağlı hədələr işlətdi. Buna görə də biz videonu ictimailəşdirdik”.

***

4 may, saat 18:29

Azərbaycanda ana uşaqlarını sığınacağın qapısına ataraq qaçıb. 

Lent.az xəbər verir ki, bu barədə məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova yayıb. O bildirib ki, ana böyük qızını da evdən qovub:

“Ana 2 azyaşlı körpəsini sığınacağın qapısına qoyaraq qaçıb. Uşaqlar baxımsız və ayaqyalın vəziyyətdədirlər. Hazırda uşaqları yemək və isti yerlə təmin edib cimizdirdik. Onu da qeyd edim ki, ana böyük qızını da evdən qovub və aylardır böyük qızı sığınacağımızda qalır”.

# 8061
avatar

Aytəkin Cəlali

Oxşar yazılar