“İctimai nəqliyyatda COVID-19 pasportu ilə bağlı hansısa məhdudiyyət yoxdur”.
Lent.az-ın məlumatına görə, bu sözləri “AzərTAc”a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
O bildirib ki, sərnişinlərdən yalnız tibbi maskadan istifadə etmək tələb olunur.