Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun vaxtı açıqlanıb.
Lent.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, şagird qəbulu aprelin 1-dən sentyabrın 14-dək aparılacaq.
Bundan başqa, məktəbəhazırlıq qruplarına uşaqların qəbulu iyulun 1-dən sentyabrın 14-nə kimi olacaq.