Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları qardaş ölkənin Sparta şəhərində keçirilən komando kursunu müvəffəqiyyətlə bitiriblər.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu münasibətlə keçirilən mərasimdə əvvəlcə Türkiyə və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirilib.
Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək hər iki ölkə arasında mövcud olan hərbi əməkdaşlığın və keçirilən kursun əhəmiyyətindən danışıblar.
Mərasimdə məzunlar adından çıxış edən kurs birincisi leytenant Elsevər Əliyev ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazır olduqlarını bildirib.
Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub, məzunlara sertifikat və hədiyyələr təqdim edilib.
Sonda məzunların tribuna önündən təntənəli keçidi olub, xatirə şəkli çəkdirilib.

Hərbiçilərimiz Türkiyədən uğurla qayıdır-FOTO
Oxşar yazılar

Tələbələrin köçürülməsi bu tarixdən başlayır
9 iyul 2025 , 17:03
"Kafedə yeməkdən qurd çıxdı deyənlər məhkəməyə verilməlidir" - Ekspertdən ŞOK AÇIQLAMA
9 iyul 2025 , 16:55
Xiyar iki dəfə daha uzun müddət təzə qalacaq: çox sadə həyat hiyləsi
9 iyul 2025 , 16:11
Avropada istilər səbəbindən 2300-dən çox insan ölüb
9 iyul 2025 , 15:42
"Mado"da uşağına qamburger aldı, görün içindən nə çıxdı?
9 iyul 2025 , 14:40
Azərbaycanda qarpızlara bu dərmanlar vurulur, xərçəngə yoluxma riski var - XƏBƏRDARLIQ
9 iyul 2025 , 14:00
Qadınlara bu hədiyyələri vermək olmaz - Bədbəxtlik gətirir
9 iyul 2025 , 12:17