Həm qəliz, həm də vacib: Nəyə baxaq? - Ekspertlər danışır
08 yanvar 2021 17:25 (UTC +04:00)

Həm qəliz, həm də vacib: Nəyə baxaq? - Ekspertlər danışır

“Təsadüfi deyil ki, dünyada böyük telekanallar auditoriyanı öyrənir.  Bunu biləndən sonra tamaşaçının marağına, tələbinə, zövqünə  uyğun verilişlər hazırlanır. Biz də isə ...”. Professor Qulu Məhərrəmli deyir bu sözlər. Lent.az-ın mövzusu isə telekanallar və cəmiyyət üçün aktualdı: Bu gün efir məkanında tamaşaçılara hansı verilişlər təqdim olunmalıdı? İzləyicilər populyar və profissional aparıcını necə fərqləndirə bilər?

Əməkdar jurnalist, teletənqidçi, professor Qulu Məhərrəmli tamaşaçı üçün hansı mövzunu necə seçməyin bir sıra üsulu olduğunu bildirir:

“Təsadüfi deyil ki, dünyada böyük televiziyalar auditoriyanı öyrənir.  Bunu biləndən sonra tamaşaçının marağına, tələbinə, zövqünə  uyğun verilişlər hazırlanır. Biz də isə bu elmi əsasla aparılmır. Fəhmlə hesab edirlər ki, filan mövzu maraqlı ola bilər. Ümumiyyətlə, tv, media, qəzet işində aktual olan bir sıra mövzular var:

Birinci,  bu gün cəmiyyət üçün nə önəmlidi, insanları nə maraqlandırır, nə düşündürür?

İkinci, günlə bağlı hadisələrdi. Gündəmdə bir mövzu varsa, mütləq bununla bağlı verilişlər, xəbər süjetləri olmalıdı.

Üçüncü, ayrı-ayrı fərdlərin ümumi problemi. Burada söhbət təhsil, səhiyyə, mədəniyyətin ümüumi problemləri və.s gedir. Hüquqi biliklərin təbliği də cəmiyyət üçün çox maraqlıdı. Bu gün hüquq baxımdan nələr aktualdı? Mülkiyyət, şəxsi azadlıqlar məsələsi, insanların düşüncələrində olan, amma “hüquqi cəhətdən bunu necə edə bilərəm”, düşünüb əksini tappmayan məsələlərə yer ayırmaq olar. Maarifçilik həmişə maraqlı mövzu olub və yenə də təlbat var.

Qulu Məhərrəmli bu gün ilk olaraq, Azərbaycan tamaşaçısı üçün çox ciddi problem olan Qarabağ məsələsi, cəbhədən xəbər, Xankəndidə gedən prosseslər  və bu səpkidə olan digər verilişlər təqdim etməyin vacib olduğunu qeyd edir:

“İkinci, çox önəmli məsələ koronavirusla  mübarizə məsələsidi. İnsanlar hər gün statistikanı gözləyir. Amma bunun arxasında  dayanan çoxqatlı məslələr var ki, onlar da işıqlandırılmalıdı.

Üçüncü, hesab edirəm ki, cəmiyyət quruculuğu məsələsi geniş işıqlandırılmalıdı. Bu çox ciddi məsələdi.

Sosial problemlər dördüncü mühüm məsələdir ki, televizyalar buna diqqət yetirməlidi. Yerdə qalan digər mövzuları isə hər televizya öz strategiyasına görə müəyyənləşdirir.”

Əməkdar jurnalist, teletənqidçi qeyd edir ki, aparıcılar məsələsi bizim televiziyada həmişə problemli, mübahisəli olsa da, tv və radio verilişlərdə qoyduğu məsələləri bilən, normal ünsiyyət saxlayan, problemi tamaşaçıya çatdıra bilən aparıcılar,  yaxşı repartyorlar  var:

“Bir də yaxşı görünməyə çalışan, çox pafoslu danışan, səmiyyətdən uzaq, verilişin havası ilə yox, özünün təqdimatı ilə məşğul olan, predmetdən uzaq aparıcılar da var. Məsələn, siyasi mövzuda veriliş aparır, amma hiss olunur ki, heç bir xüsusi və dərin biliyi olmayan adamdı. Hədsiz pafosla danışır və anlamır ki, televizyada bu tərz 60-70-ci illərdə olub, indi bu qəbul olunmur.

Biz də ən ciddi problem şou aparıcıları ilə bağlıdır. Bu aparıcıların birdən-birə ictimai-siyasi mövzulara keçməsidi. Televiziya rəhbərləri, menecerlər bilməlidir ki, bu adamlar üçün xüsusi mövzular var, orada danışa bilərlər. İndi vəziyyət əvvəlki səviyyədə deyil. Əvvəl çox qıcıq yaradan aparıcılar var idi. Artıq onları telekanallardan yığışdırırlar. Bunun müsbət hesab eləmək olar. Dərk edirlər ki, televiziya öz simasını yetişdirməlidi. Bu cür aparıcıları tədricən cəlb edirlər. Ümumən götürəndə əvvəlki məsuliyyətsizlik, əvvəlki ekran-efir özbaşınalığı xeyli dərəcədə azalıb. Bu birinci növbdə əlbəttə ekrana yaramayan aparıcıların hesabına olurdu. Nə danışığını bilir, nə dili bilir, nə predmeti bilir və çox ciddi səhvlərə yol verirdilər. Fikrimcə, indi bu sahədə müəyyən bir nizam-intizam yaranmağa meyillidi. O cümlədən özəl televiziyalarda da olan problemlər aradan qalxır. Məsələn, Xəzər TV-də aparıcı mövzusunda çox dəyişiklik var. Yəqin ki, bu işi davam elətdirəcəklər. Space kanalında yeni simalar görünməyə başlayır. Bunu müsbət qiymətləndirmək olar. ATV aparıcıları seçə bilir. Digər telekanllarda aparıcılarla bağlı elə də ciddi problem yoxdu. İTV və AZTV bu məsələyə çox həssas yanaşır. Ölçüləri çox sərtdi və bunu da doğru yanaşma hesab edirəm.”

Məşhur publisist, teleaparıcı Orxan Fikrətoğlu təəssüflə qeyd edir ki, ölkədə təhlil, analitik və həqiqətən də sosial müzakirələrə səbəb olacaq layihələrin çox azdı:

“İTV də biz çalışırıq ki, bu boşluğu dolduraq. Uzun illərdi formalaşdırılmış tamaşaçı təəssüf ki, ciddi analitik, təhlil verilişlərinə baxmır. Söhbət kütlədən gedir. Təbii ki, bu cür verilişlərin öz tamaşaçıları var. İTV-də mənim parıcısı olduğum “Halbuki” layihəsinin də öz tamaşaçısı var. Bunula belə inanmıram ki, o kütləvi verilişdi. Əhali daha çox qapı deşiyindən qonşunun taleyini izləyən layihələrə üstünlük verir. Düşünürəm ki, bu gün qələbə faktı, Azərbaycanda baş verən inqilabi prosseslər, 2021 ci ildə qarşımızda duran həqiqətlər, Qarabağ qələbəsi və digər böyük naliyyətlər üçün bu cür tamaşaçı yanaşması heç də adekvat deyil. Elə kanallar var ki, onlar ancaq komersiya kanalıdı və gəlirləri reklamdandı. Ona görə də əyləncə tipli  verilişlər yayımlamağa məcburdu. Amma bu gün belə verilişlər Azərbaycan xalqına gərək deyil. Maarifçilik, təhlil, analitik verilişlərin olması vacibdi. Çünki biz gələcəkdə, qələbədən sonra diplamatik və digər sahələrdə uğurlu, intellektual kütlə anlayışı formalaşdırmalıyıq. Ona görə də televiziyalar istiqamətlərini dəyişməlidilər.”

Teleaparıcı Orxan Fikrətoğlu efirdə xalqın marağından istifadə edərək populyar, mövsümü aparıcılar olduğunu, 1-2 illik öz karyerasını qurmaq üçün replikalar söyləyənlərin az olmadığını qeyd edir:

“Bu cür aparıcılar çox tez ifşa olunur. Xalq onların da qiymətini verir. “Xalqın gözü tərəzidir” misalı çox dəqiqdi. Mən bunu öz həyatımda da hiss edirəm. 30 ildən artıqdı efirdəyəm. Azərbaycan xalq tərəfindən hər zaman özümə qarşı hörmət görmüşəm. Xalq səni özününkü bilirsə, onun dərdini, problemini həqiqətən də işıqlandırırsansa, səni hiss edir. Tamaşaçılar hər zaman bu cür  aparıcılara dəyər verir.”

Telekanallardakı dəyişiklərdən bəhs edərkən Orxan Fikrətoğlu çalışdığı İTV kanalında demokratik yanaşmanın olduğunu söyləyir:

“Bu  gün İTV-də redaktorsuz işləyirəmsə, seçdiyim mövzularda, fikirlərdə  azadamsa, bu özü çox müsbət haldı. İndiki dönəmdə İTV çox demokratikdi. O biri kanalları vaxt məhdudiyyətindən izləyə bilmirəm. Amma böyük bir dəyişiklik olsa, bilərdim.”

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3231
avatar

Nigar Adil

Oxşar yazılar