Havanın  isti keçməsinin səbəbi  AÇIQLANDI
05 iyun 2024 15:06 (UTC +04:00)

Havanın isti keçməsinin səbəbi AÇIQLANDI

İyun ayı ölkəmizin qlobal iqlim dəyişmələrinin təsirinə daha çox məruz qaldığı periodlardan biridir. Bu təsir havanın temperaturunda daha çox hiss olunur.

Lent.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, son illər havanın temperaturunda bir qədər artım müşahidə olunur. Belə ki, son illər ən isti hava 2021-ci ilin iyununda qeydə alınıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcəyədək yüksəlib: “Bu ilin iyun ayının ilk günlərində mülayim cənub küləklərinin, isti hava axınının təsiri ilə əlaqədar havanın temperaturu bir qədər yüksəlib.

Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 34, bölgələrdə isə 37 dərəcə isti qeydə alınıb”. Xidmət rəisinin sözlərinə görə, yaxın günlərdə havanın temperaturunun bir qədər də yüksələcəyi, maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 31-36, bəzi yerlərdə 38, Naxçıvan MR və Aran rayonlarında 35-38, bəzi yerlərdə 40, dağlıq rayonlarda 20-25, bəzi yerlərdə 28-30 dərəcə isti olacağı gözlənilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3210
avatar

Oxşar yazılar

Sabah  çimərliklərdə gözlənilən   hava şəraiti

Sabah çimərliklərdə gözlənilən hava şəraiti

16 iyul 2024 , 14:44
Təqaüdçülərə ŞAD XƏBƏR:  pensiyalar bu tarixdən ödəniləcək

Təqaüdçülərə ŞAD XƏBƏR: pensiyalar bu tarixdən ödəniləcək

16 iyul 2024 , 14:36
Meteohəssas insanlara hava XƏBƏRDARLIĞI

Meteohəssas insanlara hava XƏBƏRDARLIĞI

16 iyul 2024 , 13:39
Leysan yağacaq, sel gələcək  - HAVA XƏBƏRDARLIĞI

Leysan yağacaq, sel gələcək - HAVA XƏBƏRDARLIĞI

16 iyul 2024 , 12:48
Bakıda qrilin içindən qurd çıxdı

Bakıda qrilin içindən qurd çıxdı

16 iyul 2024 , 12:34
Dünən həlak olan hərbçimiz Zaqatalada dəfn edildi - FOTOLENT

Dünən həlak olan hərbçimiz Zaqatalada dəfn edildi - FOTOLENT

16 iyul 2024 , 12:30
Leysan yağacaq, dolu düşəcək  - Sabahın HAVASI

Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

16 iyul 2024 , 12:21
Bakı metrosunda qatarlar yubandı

Bakı metrosunda qatarlar yubandı

16 iyul 2024 , 09:17