Hava  XƏBƏRDARLIĞI:  Dolu düşəcək, güclü külək əsəcək
01 iyun 2021 12:33 (UTC +04:00)

Hava XƏBƏRDARLIĞI: Dolu düşəcək, güclü külək əsəcək

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq edib. 

Lent.-az bildirir ki,  Bakıda və Abşeron yarımadasında iyunun 2-si axşamdan 4-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir. 

Azərbaycanın bəzi rayonlarında iyunun 2-si axşamdan 4-ü səhərədək qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı,  arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.
 

# 4911
avatar

Oxşar yazılar