Bakıda və Abşeron yarımadasında müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar təlimata uyğun olaraq, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün maşinist küləyin sürətinin yüksək olduğu ərazilərdə (dəniz kənarında, açıq sahələrdə) qatarın sürətini azalda bilər.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Lent.az-a verilən məlumata görə, belə şəraitdə qatarların hərəkətində gecikmələrin yaranması ehtimalı var.
“Səfərlərinizi planlaşdırdığınız zaman bunu nəzərə almağınızı, həmçinin platformalarda diqqətli olmağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi xahiş edirik”, - məlumatda qeyd edilir.