Hava kəskin dəyişəcək -XƏBƏRDARLIQ
26 aprel 2021 13:29 (UTC +04:00)

Hava kəskin dəyişəcək -XƏBƏRDARLIQ

Hava ilə bağlı xəbərdarlıq edildi. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 27-si gün ərzində şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın əsasən şimal və qərb rayonlarında aprelin 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. 

# 5214
avatar

Nigar Adil

Oxşar yazılar