Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu əcnəbi vətəndaşlardan icbari sığorta haqqının tutulması ilə bağlıdır.
Əcnəbi vətəndaşlardan icbari tibbi sığorta haqqı tutulurmu?
Lent.az Kliniki Tibbi Mərkəzə istinadən xəbər verir ki, əcnəbilərin gəlirlərindən icbari tibbi sığorta haqqının tutulmasının əsasında gəlirin Azərbaycan mənbəyindən əldə olunub-olunmaması dayanır.
Bir sözlə, Azərbaycan Respublikasından rəsmi gəlir əldə edən əcnəbilərdən icbari tibbi sığorta haqqı tutulur.