Goran çayı daşdı, evlər  su altında   qaldı
10 iyun 2021 11:35 (UTC +04:00)

Goran çayı daşdı, evlər su altında qaldı

Güclü yağış Goranboyda fəsadlar törədib.

APA-nın yerli bürosunun xəbərinə görə, Goran çayından gələn sel suları evlərə, ictimai iaşə obyektlərinə, avtomobil təmiri sexlərinə dolub. Rayonun Goran qəsəbəsi ərazisində Kəlbəcərdən olan məcburi köçkün Sərxan Orucovun yaşadığı evin ətrafı sel suları ilə dolduğundan orada yaşayanların hərəkət etməsi mümkün deyil.

Gecədən başlayaraq yağan güclü yağış nəticəsində gələn sel Goran qəsəbəsində fəaliyyət göstərən ictimai iaşə obyektinə də ziyan vurub. Obyektlərin həyətini, otaqları sel basıb.

Sahibkar İlham Musayev bildirib ki, səhər işə gələndə obyektini sel basdığının şahidi olub. Gorandakı avtomobil təmiri sexlərinə də sel suları dolub.

Həmçinin Bakı-Qazax avtomagistralının üzərində yerləşən körpünün hər iki ətrafı su ilə dolduğundan orada avtomobillərin hərəkəti çətinləşib. Yaranan çətinliyi aradan qaldırmaq üçün FHN-in avtomobilləri əraziyə cəlb edilib. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev fəsadların baş verdiyi ünvana gəlib. O,  selin vurduğu ziyanın aradan qaldırılması üçün adiyyatı qurumlara göstəriş verib.

# 2073
avatar

Oxşar yazılar