Avqustun 26-da saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində “Ural” markalı avtomobilin dərəyə aşması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Marif oğlu dəfn edilib.
Lent.az-ın məlumatına görə, Vahid Ərəblinski doğulduğu Zaqatala rayonunun Aşağı Tala kəndində şəhid kimi son mənzilə yola salınıb.
Hərbçinin dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin çəxsi heyəti rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.