Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanıldı
14 aprel 2021 08:07 (UTC +04:00)

Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanıldı

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabe qurumlarının əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirir. 

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə regional qrupundan  APA-nın yerli bürosuna verilən məlumata görə Baş İdarənin Dövlət Yol Polisi əməkdaşlarının şəhər daxilində Yol Hərəkəti Qaydalarına riayət edilməsi məqsədi ilə mütədamadi olaraq reyd keçirilir.

Sonuncu keçirilən belə reyd zamanı, şəhər sakini Ramin Əhmədov şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi aşkarlanıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxs yaşadığı evə göndərilib, barələrində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

# 1494
avatar

Oxşar yazılar