GƏNC YAŞDA ÖLDÜ:  Arzuladığı kitab rəfini məzarı üstündə düzəltdilər - VİDEO
18 sentyabr 2021 19:09 (UTC +04:00)

GƏNC YAŞDA ÖLDÜ: Arzuladığı kitab rəfini məzarı üstündə düzəltdilər - VİDEO

Hazırda biz 7 il əvvəl leykoz xəstəliyindən dünyasını dəyişən Nərmin Həsənlinin məzarı üzərindəyik. Nərminin hələ uşaqlıqdan kitablara böyük sevgisi olub. Onun bu sevgisini və xatirəsini əbədiləşdirmək üçün valideynləri fərqli bir şəkildə onun məzarı üzərində belə bir kiçik kitab rəfi quraşdırıblar. Və hər gün Nərmini ziyarətə gələnlər bu kitablardan yararlana bilirlər.

Soyuq məzar daşından baxan gülər simalı bu qızın arzuları idi Kitablar. Kitabları həyatının mənası hesab edən Nərmin Həsənlinin məzarı üstündə öz kitabxanası var! 2014-cü ildə leykoz xəstəliyi onu bu dünyaya gözlərini yummağa məcbur edəndə 22 yaşında idi və Bakı Dövlət Universitetində sonuncu kurs tələbəsi idi.

Kitabxanaçılıq fakültəsində təhsil alan gənc Nərmin üçün kitab hər şey idi. Onun bu sevgisi və valideynlərinin qızlarının həyat hekayəsini davam etdirmək arzusu Nərminin adını daşıyan kitab evinin və bu məzarlıqdakı balaca kitab rəfinin yaranması ilə nəticələnib. 7 il ərzində bu rəfə 3 mindən çox kitab qoyulub.

Valideynləri deyir ki, ömrümüz yetdiyi qədər məzarlıqdakı bu kiçik kitabxananı kitabsız qoymayacağıq.

- Biz Nərminin adını yaşatmaq həm də maariflənmə olsun deyə bunu edirik. Bu il kitab rəfimizin, o cümlədən Nərmin yayım evinin 7-ci ilidir. Üst-üstə düşür. 7 ildir ki, biz bu işi görürük. Mütəmadi olaraq bura kitab gətiririk. 30 kitab nəşr etmişik.

- Məzarlığa gələn uşaqlar bilirlər ki, burda kitablar var. Bu kitabları götürüb yiyələnirlər, oxuyurlar. Hətta elə uşaqlar var ki, demişəm götürün kitab rəfinizə qoyun. Biz ayda ən azı 3-4 dəfə gəlirik, hər həftə yoldaşım bura kitab qoyur.

Əsasən gənc kitabsevərlərin baş çəkdiyi məzarlıq onların müzakirə obyektinə çevrilib. Dostları, onu sevənlər Nərminin məzarı başında şeirlər söyləyir, “Nərmin kitabxanasından” kitab götürüb maariflənirlər.

Oxucular tez-tez bura gəldiklərini deyir.

- Bir neçə dəfə olub ki, qəbri gəlib ziyarət etmişik. Kitablardan götürüb oxumuşuq. Bir neçəsini evimizə də aparmışıq. Evdə də oxuyuruq.

- Hər dəfə gəlirəm burdan kitab götürürəm. Sonra ziyarət edirəm, oxuyuram.

- Hər zaman ailəmlə Nərmini ziyarətə gəlirik. Ona görə də hər zaman kitab götürüb oxuyuram. Nərminin sayəsində kitablara olan həvəsim daha da artır və oxumağa həvəsim çoxalır. Yəni mənə kitabı sevdirən daha çox Nərmin olur.

Bu qəmli kitabxanadan olan sujetimizi müdriklərdən birinin sözü sonlandırırıq: “Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır”. Kitabların yolunuzu və zehninizi işıqlandırması diləyi ilə

# 2853
avatar

Oxşar yazılar