Günəşin xüsusilə aqressiv olacağı 2022-ci ilin fevralında üç güclü maqnit qasırğası gözlənilir.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, fevral ayının ilk həftəsonu son dərəcə təlatümlü olacağı vəd edilir. Fevralın 4 və 5-də güclü maqnit qasırğası olacaq, ilk gün G1 səviyyəsinə çatacaq.
Oxşar güclü növbəti qasırğa fevralın 11-də gözlənilir və üç gün davam edəcək.
Daha sonra fevralın 20-dən 23-dək olan müddətdə cüzi, lakin uzunmüddətli geomaqnit dalğalanmaları mümkündür.
Ayın sonunda, fevralın 25-də də maqnit qasırğası gözlənilir, lakin güc baxımından əvvəlkilərdən az olacaq.
Günəşin qeyri-sabit olduğunu və onun fəaliyyətinin proqnozunu dəyişə biləcəyini unutmayın.
2022-ci ilin fevral ayı üçün maqnit fırtınalarının proqnozu
• Fevralda cüzi maqnit dalğalanmaları gözlənilir: 20, 21, 22, 23, 26.
• Fevralın 4, 5, 10, 11, 12 və 25-də ciddi maqnit qasırğaları mümkündür.