Türkiyədə eyni sinifdə oxuyan 7 qız yüksək nəticə ilə müxtəlif universitetlərdə tibb fakültələrinə daxil olublar.
Lent.az xəbər verir ki, Gaziantep Ayten Kemal Akınal Anadolu liseyində 7 qız önəmli bir ilkə imza atıb.
Dövlət məktəbinin sonuncu sinfində təhsil alan Sude Naz Karahan Çukurova Tibb Universitetinin, Sude Polat və Buse Yağmurlu Gaziantep Tibb Universitetinin, Esra Korkmaz Muğla Sıtkı Koçman Universitetinin, Elif Büşra Dal Mustafa Kemal Universitetinin, Hacer Demir Ege Universitetinin, Müge Betül Bahçıvan Bursa Uludağ Universitetinin tibb fakültələrində təhsil alacaqlari.
“Çox yorulub bezdiyimiz anlar olurdu. Amma bir-birimizi çalışmağa məcbur edirdik. Nəticədə böyük uğura imza atdıq və bu, həqiqətən, çox gözəl hissdir”.
Qızlardan biri deyib ki, hamısı bir-biri ilə çox yaxın dostdur:
“Biz pis günlərimizi birlikdə geridə qoyduq. Çox yaxın dost olaraq hamımızın tibb fakültəsini qazanmağımız inanılmaz gözəl duyğudur. Hamımızın ağ önlüyümüz vardı, xəyal edirdik ki, onu geyinə biləcəyik. Bu da oldu”.
Qeyd edək ki, onlar aralarındakı “şirin” rəqabəti də dilə gətiriblər. Dediklərinə görə, bu, onları ruhlandırıb.