“Ətraf mühitimiz: Nələri bilək, nələri qoruyaq?”  layihəsinə start verildi
28 dekabr 2022 06:00 (UTC +04:00)

“Ətraf mühitimiz: Nələri bilək, nələri qoruyaq?” layihəsinə start verildi

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Ətraf mühitimiz: Nələri bilək, nələri qoruyaq?” layihəsinin icrasına başlayıb.

Layihənin məqsədi gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunmasıdır.

3 ay davam edəcək layihə çərçivəsində  peşəkar jurnalistlərə  ekoloji problemlər, bu problemlərin səbəbi və həlli yolları, vasitələri ilə bağlı araşdırma xarakterli 6 yazı sifariş ediləcək.

Yazılar mətbuatda dərc ediləcək və aparılan araşdırmalarla bağlı müzakirələr təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1785
avatar

Oxşar yazılar