Yeni Zelandiya şiddətli yağışlar başlayıb - çaylarda suyun səviyyəsi rekord həddə qalxıb və səlahiyyətlilər vətəndaşların təcili təxliyyəsinə başlayıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, pis hava şəraiti səbəbindən səlahiyyətlilər Kenterberidə ən azı 300 evin sakinlərini təxliyyə ediblər. Bir neçə magistral yolda, məktəb və ofisdə müvəqqəti olaraq işini dayandırıb. Yeni Zelandiya Müdafiə Qüvvələri xilasetmə əməliyyatı üçün helikopterlər gətirib.
Ekspertlər bunun son 100 ildə ölkədəki ən güclü sel olduğunu qeyd edirlər. Çaylarda suyun səviyyəsi rekord həddə yüksəlib.
Aşberton meri Neil Braun bəndlərin dağılma ehtimalını istisna etməyib. Bu baş verərsə, səlahiyyətlilər “şəhərin yarısını” boşaltmalı olacaqlar.