Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı - RƏSMİ
15 fevral 2022 19:50 (UTC +04:00)

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı - RƏSMİ


Qanunsuz erməni silahlı dəstə üzvlərinin apardığı mühəndis işlərinin qarşısı alınıb.

Lent.az xəbər verir ki, bu barədə Müdafioə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2544
avatar

Oxşar yazılar