Ərlə arvad  tez-tez dalaşırsa,   hansı qanuni tədbir görülür?
19 yanvar 2023 17:55 (UTC +04:00)

Ərlə arvad tez-tez dalaşırsa, hansı qanuni tədbir görülür?

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasının növbəti mövzusu tez-tez dalaşan ər-arvad barəsində görülən qanuni tədbirlə bağlıdır.

Çox müzakirə olunan məsələlərdən biri də evdə ər-arvad arasında dava-dalaş, kişinin qadına şiddət göstərməsidir. Ərlə arvadın dalaşması, qadının tez-tez döyülməsi hərdən böyük münaqişələrə çevrilir və sonradan tərəflər arasında gərginliyə səbəb olur. Bu gərginlik bəzi hallarda boşanmalara qədər gedib çıxır.

Bəs ər-arvad arasında dava-dalaşı bitirmək üçün hansı qanuni tədbir görülə bilər?

Rubrikamızın sualına "Norma" hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev cavab verib. Onun sözlərinə görə, zorakılıqlar qısa müddətdə olduğu halda tərəflərdən biri icra hakimiyyətindən 30 günlük mühafizə orderi ala bilər. Daha ətraflı videonu izləyin:

# 3051
avatar

Oxşar yazılar