Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva erkən nigahlarla bağlı müraciət edib.
Lent.az xəbər verir ki, müraciətdə deyilir:
“Erkən nikahlar əksər hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Ailə məcəlləsinin 10-cu maddəsi qadınlar üçün nikah yaşını 18 yaşdan sonra təyin edib. Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxil olma halı uşağa qarşı törədilən zorakılıqdır.
Cinayət Məcəlləsinin 176- 1.2 maddəsinə əsasən nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcburetmə cinayət məsuliyyətinə səbəb olur və 3-4 min manata qədər cərimə və 4 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzası tətbiq olunur. Erkən nikah halları ilə üzləşdikdə hüquq mühafizə orqanlarına müraciət etməyiniz xahiş olunur”.