Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib.
Bu barədə APA-ya Hacı Nuran Hüseynov məlumat verib.
O, revmatizmdən əziyyət çəkən Əməkdar artistin bu gün yenidən vəziyyətinin pisləşdiyini deyib: "Zöhrə xanım xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti ağırdır".
Qeyd edək ki, Z.Abdullayeva bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.