Elm və təhsil naziri postuna yenidən təyinat olacaq? - RƏSMİ CAVAB
30 iyul 2022 17:07 (UTC +04:00)

Elm və təhsil naziri postuna yenidən təyinat olacaq? - RƏSMİ CAVAB

Elm və təhsilin yenidən təşkilində elm və təhsil naziri vəzifəsinə yeni təyinatdan söhbət getmir.

Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə imzaladığı Fərmanla Təhsil Nazirliyinin adı Elm və təhsil Nazirliyi olaraq adlandırılıb. Eləcə də, elm sahəsində dövlət siyasəti və tənzimlənməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib. Buradan da aydın göründüyü kimi, Elm və Təhsil Nazirliyinin yenidən təşkili, elm və təhsil naziri vəzifəsinə yeni təyinatdan söhbət getmir. Emin Əmrullayev elm və təhsil naziri kimi öz vəzifəsini icra edir", - deyə məlumatda qeyd edilib.
 

# 3918
avatar

Oxşar yazılar