Əflatun Amaşov Londondakı hadisədən yazdı: Media üzərinə düşəni edəcək
05 avqust 2022 11:00 (UTC +04:00)

Əflatun Amaşov Londondakı hadisədən yazdı: Media üzərinə düşəni edəcək

Mətbuat Şurasının İdarə Heyətinin sədri Əflatun Amaşov Londondakı hadisədən yazıb.

Lent.az-ın məlumatlna görə, o bildirib ki, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinə hücum, o cümlədən dövlət bayrağımıza münasibətdə həqarətli münasibət suveren hüquqlarının təmin edilməsi, ərazi bütövlüyünün tam bərpası istiqamətində istər siyasi-diplomatik müstəvidə, istərsə də hərbi baxımdan prinsipiallıq və qətiyyət nümayiş etdirən ölkəmizə qarşı böyük təxribatdır. 

“Bu təxribatın motivləri tam şəkildə öyrənilməli və adekvat münasibət sərgilənməlidir.
 Əminəm ki, Azərbaycanın həm müvafiq dövlət qurumları, həm də ictimai birlikləri, həmçinin media orqanları bu istiqamətdə üzərinə düşən bütün zəruri fəaliyyəti həyata keçirəcəkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2148
avatar

Aytəkin Cəlali

Oxşar yazılar