MAXIM jurnalı qaradərili müğənnini dünyanın ən seksual qadını elan edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu, nəşrin bütün 21 illik tarixində ilk dəfədir.
O, afroamerikalı müğənni, aktrisa, model, realiti-şou ulduzu və Qarlemadan olan rəqqasə Teyyana Teylordur.
Bir çoxları nəşri uzun illər qara gözəlləri görməməzlikdən gəldiyinə görə tənqid edib.
Bu il yüzlüyə Cennifer Lopes, İrina Şeyk, Megan Thee Stallion və digərləri də düşüblər.