ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ələkbər (Allen) Mirqədirov
16 may 2021 12:00 (UTC +04:00)

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ələkbər (Allen) Mirqədirov

Dünyada 6 nəfərdən biri, Aya gedəcək “vosmoy uşağı”, NASA-ya rədd cavabı – O, Marsa da uça bilər

Futbol, üzgüçülük və basketbol həvəskarıdır. Azərbaycan və Rusiya mətbəxini sevir. Hə, bir də Mola Nəsrəddinin lətifələrini.

ABŞ-da Aya uçuş üçün namizədlərindən biridi. Azərbaycanda doğulan, ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ələkbər (Allen) Tərlan oğlu Mirqədirov. O, 7 il əvvəl Marsa, 2019-cu ildən isə Aya uçmaq üçün ABŞ-da əsas namizədlərdən biridi.

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ələkbər (Allen) Mirqədirov

Ələkbər, indi isə Allen adını daşıyan Mirqədirov 1979-cu il mayın 5-də Bakı şəhərində anadan olub. Bakının 8-ci kilometr qəsəbəsində, Tofiq Abbasov küçəsi, ev 30-da yaşayıb. Birinci sinifdən altıncı sinfə qədər Bakı şəhəri 145 nömrəli tam orta məktəbdə təhsil alıb. 1991-ci ilin yayında ailəsi ilə birlikdə ABŞ-a köçüb.

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ələkbər (Allen) Mirqədirov ailəsi ilə

Ələkbər San-Dieqo Universitetində aerokosmik texnika üzrə magistr dərəcəsi alıb. Təhsilini başa vurandan sonra ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib. 2010-cu ildə ABŞ Aeronavtika və Milli Kosmos İdarəsinin (NASA) orbital missiyalarında uçuşların təhlükəsizliyinə cavabdeh olan mərkəzdə aerokosmik mühəndis işinə təyin olunub. 2014-cü ildə Allen və daha 5 nəfər NASA komissiyası tərəfindən Marsa uçuşa maksimum bənzəyən təcrübə üçün seçilib. Təcrübədə  kompüterlərin texniki vəziyyətinə, onun işlək vəziyyətdə olmasına və uçuş marşrutuna görə məsuliyyət daşıyıb.

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ələkbər (Allen) Mirqədirov həmkarları ilə

Mirqədirov NASA-nın  Uçuş Mərkəzində təxminən on il xidmət edib. Gələcəkdə insanların kosmosa uçuşunun təmin edilməsi missiyasında iştirakçı olub. Bu, gələcəkdə Marsa uzunmüddətli səfərlər üçün faydalı ola biləcək məlumatları toplayan səkkiz aylıq bir ekspedisiya, Mirqədirov isə bu missiya üçün seçilmiş 6 nəfərdən biri idi.

Maraqlıdır ki, o, NASA-da işləmək üçün bir neçə yüksək maaşlı iş təklifini rədd edib. İş üçün müraciət etdiyi NASA-dan on ay sonra iş təklifi ilə bağlı bir zəng gəlib və fikirləşmədən qəbul edib.

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ələkbər (Allen) Mirqədirov

Müsahibələrinin birində Mirqədirov deyir ki, Marsa ilk insanın ayağı 2022-ci ildə dəyə bilər. O deyir ki, Aya uçası olsa, özüylə Lev Tolstoyun “Dirilmək”, Azərbaycan mətbəxi haqqında bir yemək kitabı, Daniel Defonun “Robinzon Kruzo”, Puşkinin əsərlərini  və Molla Nəsrəddin lətifələr toplusunu  götürəcək.

Bakıda sonuncu dəfə 2010-cu ilə olub. 11 il əvvəl. Amma bir il sonra bir bakılı, bir azərbaycanlı kimi Aya uça bilər. Bəs görəsən Ələkbər kosmosa uçan neçənci bakılıdır, azərbaycanlıdır? Bu, artıq başqa yazının mövzusudu.

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ələkbər (Allen) Mirqədirov həmkarları ilə

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ələkbər (Allen) Mirqədirov

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ələkbər (Allen) Mirqədirov

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ələkbər (Allen) Mirqədirov həmkarları ilə

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ələkbər (Allen) Mirqədirov

# 6201
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar