Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı - YENİ TƏYİNAT
30 mart 2023 15:25 (UTC +04:00)

Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı - YENİ TƏYİNAT

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (bundan sonra – Agentlik) yaradılıb.

Lent.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Prezidentin imzaladığı Sərəncamla Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Qeyd edək ki, Zaur Mikayılov Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olub.

Həmçinin Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. 

Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətlərini davam etdirəcəklər.

# 6159
avatar

Oxşar yazılar