Dövlət Komitəsindən vəzifəli şəxslərin məktəbli qızı döyməsinə-MÜNASİBƏT
17 iyul 2022 15:18 (UTC +04:00)

Dövlət Komitəsindən vəzifəli şəxslərin məktəbli qızı döyməsinə-MÜNASİBƏT

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən məktəbli qızın döyülməsi iddiası ilə bağlı açıqlama yayıb.

Dövlət Komitəsindən Lent.az-a verilən xəbərə görə, kütləvi informasiya vasitələrində 15 iyul 2022-ci il tarixdə Lənkaran şəhərində 9-cu sinif şagirdinin fiziki zorakılığa məruz qalması ilə bağlı yayılan məlumat əsasında Dövlət Komitəsi tərəfindən dərhal Lənkəran Şəhər İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlanılıb və uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi istiqamətində işlərin görülməsinə dair müvafiq tövsiyələr verilib.

Həmçinin hadisənin hərtərəfli araşdırılması məqsədi ilə aidiyyəti orqanlara 15 iyul 2022 ci il tarixli rəsmi məktublar da ünvanlanıb.

Qeyd edilib ki, müvafiq söhbətlər və psixoloji qiymətləndirmənin aparılması məqsədi ilə yetkinlik yaşına çatmayan uşaq valideynləri ilə birlikdə 18 iyul 2022 ci il tarixdə Dövlət Komitəsinə dəvət edilib: “Artıq faktla bağlı Lənkəran şəhər prokurorluğunda aparılan araşdırmanın ilkin nəticələri haqqında müvafiq açıqlama verilib. Dövlət Komitəsi bütün əlaqədar tərəflərlə birgə fəaliyyətin nəticələrinə, həmçinin öz səlahiyyətləri çərçivəsində gördüyü işlərə dair ictimaiyyəti məlumatlandıracaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3932

Oxşar yazılar

Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04
İntim əlaqədə  olmaq istənməməsinin   SƏBƏBLƏRİ

İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ

1 aprel 2025 , 19:59
Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın verilişi bağlandı

1 aprel 2025 , 18:13
Güclü külək  XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

1 aprel 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

1 aprel 2025 , 16:48
Bakı Psixologiya Mərkəzi qadınlar üçün  məsləhətlər təşkil edib

Bakı Psixologiya Mərkəzi qadınlar üçün məsləhətlər təşkil edib

1 aprel 2025 , 16:38
Sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar yağacaq - XƏBƏRDARLIQ

1 aprel 2025 , 16:07