DOLU DÜŞƏCƏK  - Sabahın hava proqnozu
05 iyun 2021 11:55 (UTC +04:00)

DOLU DÜŞƏCƏK - Sabahın hava proqnozu

Sabaha gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə iyunun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Arabir güclənın şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 25-28 dərəcə isti,

Bakıda gecə 18-20 dərəcə isti, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.

Tibbi-meteoroloji proqnoz:

İyunun 06-da gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İyunun 6-da Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21 isti, gündüz 27-32 isti, dağlarda gecə 8-13 isti, gündüz 15-20 dərəcə isti olacaq.

# 1935
avatar

Oxşar yazılar

Sabah üçün tibbi-meteoroloji  PROQNOZ

Sabah üçün tibbi-meteoroloji PROQNOZ

23 aprel 2024 , 15:26
Narkotik artıq  məktəblərə yol tapıb   - Siyavuş Novruzov

Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov

23 aprel 2024 , 14:33
30 dərəcə istidən sonra  şaxtalı hava

30 dərəcə istidən sonra şaxtalı hava

23 aprel 2024 , 14:11
Vüqar Səfərli də ƏFV istəyir

Vüqar Səfərli də ƏFV istəyir

23 aprel 2024 , 14:09
Aprelin 23-nün  ən xoşbəxt   BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız  var

Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var

23 aprel 2024 , 13:48
Sabah  30 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 30 dərəcə isti olacaq - HAVA PROQNOZU

23 aprel 2024 , 12:48
Sosial ödənişlərlə bağlı ŞAD XƏBƏR

Sosial ödənişlərlə bağlı ŞAD XƏBƏR

23 aprel 2024 , 10:59
Yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

Yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

23 aprel 2024 , 09:13