Doğum evində körpə ölümü ilə bağlı ARAŞDIRMA BAŞLANILDI
27 iyul 2022 19:52 (UTC +04:00)

Doğum evində körpə ölümü ilə bağlı ARAŞDIRMA BAŞLANILDI

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum evi) körpə ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, körpənin ölümünün səbəbinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu gün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum Evi) körpənin öldüyü və meyitin həkimlər tərəfindən doğum evindən qaçırılması ilə bağlı iddialar yayılıb.

# 3180
avatar

Oxşar yazılar