Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyun aylarında 56 063 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 11,3 təşkil edib.
Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız olub.