Daha əvvəl diplomlarının tanınması ilə bağlı imtina almış şəxslər yenidən müraciət edə bilərlər.
Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Ülkər Səttarova "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na edilmiş dəyişikliklə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, indiyə qədər təkrar müraciətlərə əsasən məhkəmələrdən sonra baxılırdı:
"Bu qaydalar qüvvəyə mindikdən sonra bütün imtina almış vətəndaşlar təkrar müraciət hüququ əmələ gəlir".