DİN sabaha gözlənilən aksiya ilə bağlı xəbərdarlıq etdi
07 mart 2022 22:55 (UTC +04:00)

DİN sabaha gözlənilən aksiya ilə bağlı xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi (DİN) bir qrup qadının martın 8-də aksiyaya hazırlaşması ilə bağlı xəbərdarlıq edib.

Lent.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan  hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır.

“Əgər belə bir cəhd olarsa, polis əməkdaşları tərəfindən aksiyanın qarşısı qətiyyətlə alınacaq”, - deyə nazirliyin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, bir qrup qadın martın 8-də Bakıda Fəvvarələr Meydanında (“McDonalds”-ın qarşısından)  “8 marş -Susa bilmirik!” şüarı ilə yürüş keçirmək istəmələri ilə bağlı hazırlıqlara başlayıblar. Bakı şəhər İcra Hakimiyyəti yürüşün keçirilməsinə razılıq verməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4806
avatar

Oxşar yazılar