Daxili İşlər Nazirliyini
05 iyun 2021 17:36 (UTC +04:00)

Daxili İşlər Nazirliyini

DİN: İctimai Şuraya seçkilər şəffaf atmosferdə keçirilib

Məlum olduğu kimi, əvvəlcədən verilmiş elana uyğun olaraq, iyunun 3-də Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Seçkinin qanunvericiliyin tələblərinə uyğun və şəffaf keçirilməsi üçün bütün zəruri tədbirlər tətbiq edilib.

Lent/az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Məlumatda qeyd olunub ki, seçkidən öncə əlçatanlığın və şəffaflığın təmini məqsədilə qeydə alınmış namizədlərin və seçicilərin siyahıları DİN-in rəsmi saytında (mia.gov.az) və bütün sosial şəbəkələrdəki rəsmi səhifələrində (polisazerbaycan) əvvəlcədən yerləşdirilib. Seçki günü namizədlərdən yalnız 2 nəfəri – Mehriban Zeynalova və Əliməmməd Nuriyev yetərli səs toplayaraq seçiliblər:

Digər namizədlərin seçilməsi üçün iyun ayının 7-də saat 10:00-da DİN-in Azadlıq prospektindəki inzibati binasında təkrar seçkinin keçirilməsinə qərar verilib. Seçkinin nəticəsindən narazı qalan namizədləri, onların nümayəndələrini, eləcə də maraqlı olan KİV təmsilçilərini növbəti seçki prosesini izləməyə dəvət edirik.

Tələb olunan sayda səs toplaya bilməyən 38 namizəddən isə yalnız 5 nəfərin qeyri-obyektivlik göstərərək seçkinin nəticələrinə şübhə ilə yanaşmaları təəssüf doğurur. Bir daha bildiririk ki, seçki qanunvericiliyin tələblərinə uyğun şəffaf atmosferdə keçirilib. Biz seçkidə iştirak edən namizədlərin hər birinə, seçilib-seçilməməsindən asılı olmayaraq həmişə hörmətlə yanaşmışıq və bundan sonra da bu münasibət davam etdiriləcək”.

# 1737
avatar

Oxşar yazılar